AZ

NATO Baş katibi müharibəyə hazırlaşmağa çağırıb: Rusiyanın növbəti hədəfi bizik

NATO-nun Baş katibi Mark Rutte Qərb ölkələrini müharibəyə hazırlaşmağa çağırıb.

Aznews.az xəbər verir ki, Rutte bu barədə Berlində Münhen Təhlükəsizlik Konfransının təşkilatçılığı ilə keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, Ukraynadan sonra Rusiyanın növbəti hədəfi NATO-dur.

“Biz babalarımızın və onların valideynlərinin dözmək məcburiyyətində qaldığı miqyasda bir müharibəyə hazır olmalıyıq”, Rutte vurğulayıb.

Seçilən
11
3
aznews.az

7Mənbələr