AZ

Özbəkistanın nümayəndə heyəti Azərbaycan Ordusunun hərbi obyektlərində olub

Özbəkistanın hərbi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Özbəkistan nümayəndə heyəti ilə birgə Kibertəhlükəsizlik Mərkəzində olub.

Burada Azərbaycan Ordusunun arsenalında olan müasir silah sistemi və informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində yerinə yetirilən fəaliyyətlər, həmçinin kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri haqqında geniş məlumat verilib.

Daha sonra Hərbi Hava Qüvvələrinin Döyüşü İdarəetmə Mərkəzi ziyarət olunub. Nümayəndələrə müasir standartlara uyğun idarəetmə sistemləri ilə təchiz olunmuş mərkəzin strukturu, iş prinsipi və fəaliyyət istiqaməti ilə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

ee8a5f251d7126e9866e8daa9482548e

dcd537e7d8478d11e19757c62a0c245a

1fe8f1e8ca50a537d7aad9523685e768

Seçilən
17
poliqon.az

1Mənbələr