AZ

Estoniya 2027 ci ildən hərbi xidmət müddətini 12 ayadək uzatmağı planlaşdırır

Yeniazerbaycan saytından verilən məlumata görə, ain.az xəbər verir.

Estoniya hökuməti 2027-ci ildən başlayaraq bütün çağırışçılar üçün hərbi xidmət müddətini 12 ayadək uzatmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, ERR dövlət televiziyası bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkurun təklif etdiyi qanun layihəsinə istinadla məlumat yayıb. Sənəddə deyilir ki, ixtisasından asılı olaraq 8 və ya 11 ay xidmət tələb edən mövcud təlim sistemi artıq müasir tələblərə cavab vermir. Belə ki, təlimin həcmi və texniki mürəkkəbliyi artıb, müasir silahlar və idarəetmə sistemləri daxil edilib.

Qeyd edək ki, hazırda Estoniyada ilin əvvəlində və ya yayda başlayan xidmət müddəti 11 ay, payız çağırışçıları üçün isə 8 aydır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
2
yeniazerbaycan.com

3Mənbələr