13-14 dekabr tarixlərində paytaxtda növbəti “Mövsüm yarmarkası” baş tutacaq.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.
Yarmarkada 30-a yaxın regiondan iştirak edəcək 60-a yaxın fermer 140-a qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Yarmarka həftəsonu, 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında təşkil olunacaq.