Pakistan hərbi məhkəməsi Pakistan Milli Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, təqaüdçü general-leytenant Faiz Həmidi bir ildən çox davam edən məhkəmə prosesindən sonra 14 il həbs cəzasına məhkum edib.
Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsinin açıqlamasında Pakistan hərbi məhkəməsi keçmiş kəşfiyyat rəisi Həmidi Ordu Qanununu pozmaqda günahlandıraraq 14 il həbs cəzasına məhkum edildiyi bildirilb.
Bəyanatda əlavə edilib ki, Həmidin siyasi fəaliyyətlə məşğul olmaq, dövlət təhlükəsizliyini və Rəsmi Sirrlər Qanununu pozmaq, səlahiyyət və dövlət resurslarından sui-istifadə etmək və şəxslərə zərər vurmaq da daxil olmaqla dörd ittihamla mühakimə olunduğu bildirilir.
Bəyanata görə, Pakistan Ordusu tərəfindən Pakistan Ali Məhkəməsinin qərarlarına uyğun olaraq Həmidə qarşı verilən şikayətlərin doğruluğunu müəyyən etmək üçün ətraflı istintaq məhkəməsi yaradılıb. Bəyanatda həmçinin bildirilir ki, Həmidə qarşı Pakistan Ordusu Qanununun müddəalarına əsasən müvafiq intizam tədbirləri görülüb.
Qeyd edək ki, Həmidin 9 may 2023-cü ildə həbs edilən Pakistanın keçmiş Baş naziri İmran Xana yaxın olduğu bilinir.