Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universitetinin laboratoriyalarının birində hidrodinamik qurğuda baş verən partlayış nəticəsində 2 nəfər həlak olub, 3-ü xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətindən “RBK Perm”ə məlumat verilib.
Bildirilib ki, ölənlərdən biri sınaq nümunəsini istehsal edən müəssisənin rəhbəri, digəri isə onun yetkinlik yaşına çatmayan qızıdır. Yaralıların universitetin əməkdaşları olmadığı, onların digər müəssisədə çalışdıqları bildirilir.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.