İstanbul, 11 dekabr, Günel Karatepe, AZƏRTAC
Hər il mütəmadi olaraq Türkiyədə keçirilən dünyanın ən böyük Aerokosmik və Texnologiya Festivalı -
TEKNOFEST 2026-cı ildə Şanlıurfa vilayətində təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə TEKNOFEST-in qurucusu, “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar “Nsosial” media platformasında bildirib.
O qeyd edib ki, “TEKNOFEST-Şanlıurfa” gələn il sentyabrın 30-dan oktyabrın 4-dək ziyatəçiləri qəbul edəcək.