AZ

Dənizdə itkin düşən balıqçıların axtarışına helikopter cəlb olunubVİDEO

Xəzər dənizində itən balıqçıların axtarışına helikopter cəlb olunub.

Xezerxeber.az-ın məlumatına görə, 9 dekabr səhər saat 8-də balıq tutmaq məqsədi ilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar - Turan Həsənov və Ağadədə Həsənovun axtarışları bu gün də davam etdirilib.

Qohum olan balıqçıların yaxınları və dostları da ərazidə axtarış aparır.

Dənizdən qayıdan balıqçılar deyirlər ki, onların balıq tutduqları yerlərə baxıblar. Lakin onların nə qayıqlarına, nə də qayıqda olan ləvazimatlara rast gəliblər. Ehtimal olunur ki, küləkli hava qayığı qonşu ölkənin ərazisinə aparıb.

Qeyd edək ki, itkin düşmüş hesab edilən balıqçılar - 28 yaşlı Turan Həsənov və 26 yaşlı Ağadədə Həsənov sonuncu dəfə dekabrın 9-da günorta saatlarında ailə üzvləri ilə əlaqə saxlayıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
11
xezerxeber.az

1Mənbələr