AZ

TƏBİB-dən 14 yaşlı qızın ana olması ilə bağlı- Açıqlama

Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirib.

Mələsə ilə bağlı TƏBİB- dən bildirilib ki, 11.12.2025-ci il tarixində saat 01:45 radələrində 2011-ci il təvəllüdlü yeniyetmə (qadın) qarın nahiyəsində şiddətli sancı şikayəti ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

“Pasiyentdə dərhal USM müayinəsi aparılıb və 36 həftə 4 günlük hamiləlik müddəti, baş gəlişi, DQVEC- doğuşun I dövrü diaqnozu müəyyən edilərək o, Doğum şöbəsinə yerləşdirilib.

Aparılan əlavə müayinələr zamanı kəskin azsululuq, dölün distres sindromu və taxikardiya qeydə alınıb.

11.12.2025-ci il tarixində pasiyent üzərində abdominal doğuş icra edilib. Çəkisi 2600 qram, boyu 47 sm olan qız uşağı dünyaya gəlib.

Hazırda həm ana, həm də körpənin vəziyyəti kafidir”, - deyə məlumatda qeyd edilib.

***

Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirib.

“Qafqazinfo”nun məlumatına görə, 2011-ci il təvəllüdlü yeniyetmə bu gün paytaxtdakı xəstəxanalardan birində qız uşağı dünyaya gətirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Seçilən
12
7
anews.az

8Mənbələr