AZ

Arda Gülərə Premyer Liqa hücumu: Üç nəhəng “Real Madrid”in qapısını döydü

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

“Arsenal”, “Liverpull” və “Mançester Yunayted” “Real Madrid”in türkiyəli ulduzu Arda Gülərin transferi üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, İspaniyanın “Fichajes” nəşrinin məlumatına görə, Premyer Liqanın nəhəng klubları Ardanın Madrid klubundakı durumu ilə bağlı rəsmi şəkildə məlumat toplayır.

Məlumata əsasən, “Arsenal” artıq “Real Madrid”lə əlaqə yaradaraq oyunçunun vəziyyəti, mövsüm planlamasındakı yeri və mümkün transfer şərtləri barədə sorğu göndərib. London klubu türkiyəli futbolçunun transferində ciddi namizəd sayılır.

“Mançester Yunayted” də Ardanın mövcud durumu ilə bağlı ilk təmasları qurub. Klub rəhbərliyinin yaxın günlərdə “Real Madrid”lə daha geniş müzakirələr aparacağı bildirilir.

Digər tərəfdən, “Liverpul” mövsüm sonunda heyətdən ayrılacaq bəzi futbolçuların yerinə alternativ kimi Ardanı nəzərdən keçirir. Mersisayd klubu Madrid rəhbərliyi ilə ilkin görüş keçirərək türk yarımmüdafiəçisinin komandadakı mövqeyini və mümkün transfer ehtimallarını müzakirə edib.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
fanat.az

2Mənbələr