AZ

Ağır zərbə endirəcəyik, hazır olsunlar! Komoyedov

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rəsmi Moskvanın Qara dənizdə və Seneqalda Rusiya tankerlərinə edilən hücumlara görə Ukrayna Silahlı Qüvvələrinə sərt cavab verəcəyi gözlənilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Qara dəniz donanmasının keçmiş komandanı, admiral Vladimir Komoyedov “aif.ru”ya müsahibəsində bildirib.

Admiral qeyd edib ki, Rusiya mümkün təhdidlərə qarşı cavab tədbirlərini gücləndirməlidir:

“Biz dronların toplandığı, daşındığı və buraxıldığı məntəqələri vurmalıyıq. Həmçinin bu dronları idarə edən mərkəzlərə də zərbələr endirilməlidir, qarşı tərəf hazır olmalıdır. Hesab edirəm ki, ağır zərbələr endirməli və real hücum planlaşdırmalıyıq”.

Qeyd edək ki, dekabrın 10-da Komor adalarının bayrağı altında üzən mülki tankerin hücuma məruz qaldığı açıqlanıb. Novorossiysk limanına yollanan tanker “Sea Baby” tipli pilotsuz qayıqlar tərəfindən vurulub. Ukrayna tərəfi hücumda iştirakını təsdiqləyib.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
globalinfo.az

1Mənbələr