AZ

Nizami rayonunda yanğın: İki avtomobil alovlanıb, yanğın ağaclara və qaz xəttinə keçib - VİDEO

Bu gün Nizami rayonunun Çobanzadə küçəsində güclü yanğın hadisəsi baş verib.

Missiya.Az xəbər verir ki, hadisə zamanı iki avtomobil tamamilə alova bürünüb. Alovun təsiri ilə yaxınlıqdakı ağaclar da yanmağa başlayıb və yanğın qaz xəttinə keçərək vəziyyətin daha da təhlükəli hal almasına səbəb olub.

Əraziyə FHN-in yanğınsöndürən briqadaları cəlb olunub. Hazırda alovun söndürülməsi və təhlükənin qarşısının alınması istiqamətində işlər aparılır.

View this post on Instagram

A post shared by Missiya Media Group (@missiyatv_official)

Seçilən
33
missiya.az

1Mənbələr