AZ

“Neftçi”nin düşərgəsində saxlamadığı müdafiəçi Rusiya klubuna qayıtdı

“Neftçi”nin sabiq futbolçusu Azər Əliyevin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı müdafiəçi karyerasını yenidən “Yenisey”də davam etdirəcək.

Bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.

1-ci liqa təmsilçisi Azər Əliyevlə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb. O, daha əvvəl 2013-2017-ci illərdə də “Yenisey”də oynayıb.

Azər Əliyev 2022-ci ilin yanvarından bu ilin yayına kimi “Neftçi”nin formasını geyinib. O, Azərbaycan millisi ilə 1 oyuna çıxıb.

Seçilən
43
sportinfo.az

1Mənbələr