AZ

Suriya Dünya Bankı ilə 40 ildən sonra ilk layihəni imzaladı

Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Suriya Dünya Bankı ilə təxminən 40 ildən sonra ilk birgə layihəyə imza atıb.Newscenter.az SANA-ya istinadən bildirir ki, Dünya Bankı ilə birgə layihə Suriya elektrik ötürmə xətlərinin təmiri məqsədilə həyata keçiriləcək.Suriyanın maliyyə naziri Məhəmməd Yasir Berniyə sosial media hesabında elektrik ötürmə xətlərinin təmiri və gücləndirilməsini əhatə edən layihə üçün yekun sənədin imzalandığını bildirib.Berniyə layihənin kredit deyil, qrant şəklində maliyyələşdirildiyini deyib. Qeyd edək ki, cari ilin iyun ayında Dünya Bankının Direktorlar Şurası Suriyada elektrik ötürmə xətlərinin təmiri üçün 146 milyon dollarlıq qrantı təsdiqləyib.Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
newscenter.az

2Mənbələr