BAKI, 12 dekabr. TELEQRAF
“Concept Consulting and Management” MMC-yə 1500 manat cərimə edilib.
Teleqraf xəbər verir ki, şirkət məcburi keçirilməli olan audit yoxlamasından yayınmasına görə inzibati məsuliyyətə cəlb edilib.
İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Qanunla nəzərdə tutulan hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmaya görə MMC-yə 1500 manat cərimə tətbiq edilib.
Qeyd edək ki, şirkət iaşə sektorunda fəaliyyət göstərən müəssisələrə biznes konsultasiyası, problemlərin optimallaşdırılması və konseptlərin sıfırdan hazırlanaraq işlək vəziyyətdə təhvil verilməsi xidmətlərini göstərir.