AZ

Britaniyada muzeydən 600-dən çox eksponat oğurlanıb - TƏFƏRRÜAT

BAKI, 12 dekabr. TELEQRAF

Böyük Britaniyada Bristol Muzeyinin saxlanclarından 600-dən çox mədəni və maddi dəyərə malik eksponat oğurlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Avon və Somerset Polisi məlumat yayıb.

Hadisə 25 sentyabr gecəsi baş verib. Naməlum şəxslər Kamberlend-Beysin rayonundakı anbara daxil olaraq Britaniya imperiyası və Birlik dövrünə aid hərbi relikviyalar, zərgərlik məmulatları, oymalar, eləcə də geoloji nümunələr götürüblər.

Oğurlanan əşyalar arasında Britaniya Ost-Hind kompaniyası dövrünə aid hərbi nişanlar və kişilər üçün sancaqlar, müxtəlif zinət əşyaları, boyunbağı, bilərzik və üzüklər, həmçinin fil sümüyü və metaldan hazırlanmış fiqurlar var.

Polis uzunmüddətli kamera görüntülərinin araşdırıldığını, sübutların ekspertizadan keçirildiyini və muzeylə davamlı təmasda olduqlarını bildirib. Detektiv-konstebl Den Burqan hadisənin ictimaiyyətə gec açıqlanmasını kütləvi oğurluğun miqyası və ilkin istintaqın tamamlanması zərurəti ilə izah edib.

Muzey rəhbərliyi eksponatların çoxunun ianə edildiyini və kolleksiyanın Britaniya imperiyasının tarixi, eləcə də müxtəlif xalqların bu prosesdən necə təsirləndiyini anlamaq baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Seçilən
37
teleqraf.com

1Mənbələr