İspaniyanın “Barselona” klubunun gənc hücum xətti üçün planları konkretləşir.
İdman.Biz xəbər verir ki, katalonlar Misirin “Əl-Əhli” klubunun akademiyasının yetirməsi olan Hüseyn Həmzə Abdel Karimlə müqavilə imzalamağa yaxındır.
Tərəflər arasında aparılan danışıqlar çox irəliləsə də, razılaşma hələlik tam rəsmiləşdirilməyib. “Barselona” rəhbərliyi transferin yanvar ayında, futbolçunun 18 yaşı tamam olduqdan sonra başa çatdırılacağına ümid edir.