Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova QHT.az-a verdiyi açıqlamada Ümummilli Liderin formalaşdırdığı dövlətçilik ideologiyasının müasir Azərbaycan vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Şərqiyyə Dadaşovanın sözlərinə görə, Heydər Əliyevin siyasi və ideoloji xətti Azərbaycançılıq ideyasına əsaslanaraq ölkədə sabitlik, təhlükəsizlik və demokratik inkişafın təməlini qoyub:
“Heydər Əliyevin formalaşdırdığı dövlətçilik ideologiyası əsasən Azərbaycançılıq ideyasına - milli birlik, həmrəylik və suverenlik prinsiplərinə söykənərək sabitlik, təhlükəsizlik və demokratik inkişafın əsasını qoymuşdur. Bu ideoloji xətt vətəndaş cəmiyyətinin formalaşması üçün sağlam zəmin yaradıb.”
QHT sədri qeyd edib ki, bu gün vətəndaş cəmiyyəti institutlarının üzərinə düşən əsas vəzifə Ulu Öndərin ideoloji mirasına sadiq qalmaqdır:
"QHT-lərin bu mirasa məsuliyyəti isə, azərbaycançılıq ideallarını yaşatmaq, milli maraqları qorumaq, vətəndaş cəmiyyətini gücləndirmək və dövlətlə xalq arasında körpü rolunu oynamaqdan ibarətdir".