AZ

Mərkəzi Bank üç lizinq şirkətini cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Legion Financial" ASC, "Level Leasing" MMC və "Ekolizinq" MMC barəsində inzibati xəta haqqında qərar qəbul edib.

 

Cari nəzarət tədbirləri çərçivəsində adıçəkilən təşkilatların qanunvericilikdə müəyyən olunmuş müddətlərdə hesabatları təqdim etmədiyi və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlama öhdəliklərini yerinə yetirmədiyi müəyyən olunub.

 

Bu səbəbdən hər üç qurum İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq 2 min manat məbləğində cərimələnib.

Tarix: 12 Dekabr 2025, 09:55   
Seçilən
11
3
pravda.az

4Mənbələr