AZ

Aytən Həsənova: "QHT-lər Heydər Əliyevin qoyduğu vətəndaş cəmiyyəti əsaslarını qoruyub inkişaf etdirməlidir"

Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri Aytən Həsənova QHT.az-a verdiyi açıqlamada Ümummilli Liderin formalaşdırdığı dövlətçilik ideologiyasının müasir Azərbaycan vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynadığını bildirib.

Aytən Həsənovanın sözlərinə görə, Heydər Əliyevin dövlətçilik ideologiyası Azərbaycanda vətəndaş cəmiyyətinin hüquqi, siyasi və sosial əsaslarını formalaşdırıb:

"Bu gün QHT-lərin məsuliyyəti həmin əsasları:
    •    qorumaq,
    •    inkişaf etdirmək,
    •    cəmiyyətin tərəqqisinə xidmət edən layihələrlə zənginləşdirmək
üzrə davam etdirməkdir."

Seçilən
21
qht.az

1Mənbələr