AZ

Bakının bir sıra ərazilərində qaz verilişi dayandırılacaq

Bakıda qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyi məlumat verib ki, Yasamal rayonunda yeraltı qaz xəttində aşkarlanan sızmanın ləğvi və qaz xəttinin yerinin dəyişdirilməsi, həmçinin Xətai rayonunun Ağ şəhər ərazisində yeni çəkilmiş xəttin mənbəyə qoşulması ilə əlaqədar qaz verilişi dayandırılacaq.

Məlumata görə, 12 dekabr 2025-ci il saat 10:00-dan etibarən adıçəkilən ərazilərdə qaz təchizatı müvəqqəti olaraq kəsiləcək.

“Azəriqaz” abonentlərə təhlükəsizlik qaydalarına riayət etməyi xatırladıb.

Seçilən
7
34
anews.az

10Mənbələr