AZ

Milli Məclisdən vitse-spikerə töhmət verilməsi məsələsinə reaksiya

Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynovun parlamentdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsdiyi üçün VHP-nin vitse-spikerə töhmət verməsi ciddi müzakirələrə səbəb olub.

Maraqlıdır, məsələyə Milli Məclisin İntizam Komissiyasının reaksiyası necədir?

Parlamentin İntizam Komissiyasının sədr müavini Asim Mollazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Komissiya bununla bağlı heç bir addım atmağı planlaşdırmır: “Bu, partiyadaxili məsələlərdir, Milli Məclisdəki fəaliyyətə aidiyyəti yoxdur. İntizam Komissiyası təbii ki, heç bir addım atmayacaq”.

"Cebheinfo.az"

Seçilən
86
5
cebheinfo.az

7Mənbələr