Ağsu rayonunun sabiq icra başçısı Sərdar Məmmədov vəfat edib.
S. Məmmədov 80 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Sərdar Məmmədov uzun illər Ağsuda rəhbər vəzifələrdə çalışıb. O, 1991-1992-ci illərdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı, 1990-1995-ci illərdə isə bu rayonun deputatı olub.