"Qaradağ rayonu, "Rahat evlər" yaşayış kompleksinin qarşısında svetoforda texniki nasazlıq yaranıb".
Bu barədə sakinlər Far.Az-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd edilib ki, məlumat əldə olunan kimi dərhal əməkdaşlar əraziyə yönləndirilib və problem qısa müddət ərzində aradan qaldırılıb.
***08:53
Lökbatandan Binə Ticarət Mərkəzinə doğru hərəkət edən yolun üzərində yerləşən nəqliyyat işıqforunda ciddi nasazlıq yaranıb.
Bu barədə sakinlər Far.Az-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilib ki işıqforun qırmızı, sarı və yaşıl işıqları eyni anda yanır.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Far.Az-ə bildirildi ki, məsələ nəzarətə götürülüb, araşdırılır. Qısa zamanda məlumat veriləcək.