AZ

Qəzzada bina uçdu, ölənlər var

Qəzza zolağının şimalında yerləşən Beyt-Lahiya şəhərində yaşayış binasının uçması nəticəsində beş nəfər həlak olub və bir neçə nəfər yaralanıb.

KONKRET.az Yaxın Şərq KİV-inə və xilasetmə xidmətlərindəki mənbələrə istinadən xəbər verir ki, daha əvvəl İsrail qüvvələri ilə HƏMAS hərəkatı arasındakı döyüş əməliyyatları zamanı zədələnmiş bina güclü yağışlar nəticəsində uçub.

BMT-in məlumatına görə, Qəzza zolağındakı müharibə zamanı uçmayan binaların 20 faizinin çoxunda müxtəlif zədələr mövcuddur. HƏMAS hakimiyyəti xəbərdarlıq edib ki, son günlərdəki yağışlar binaların uçma riskini artırır.

Seçilən
17
konkret.az

1Mənbələr