Xorvatiya Müdafiə Nazirliyi Almaniyanın “KNDS Deutschland” şirkətindən 44 ədəd “Leopard 2A8” tankı alır.
Bu barədə “Poliqon” Xorvatiya Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Bildirilib ki, tanklarla yanaşı, simulatorlar və avadanlıqların tədarükünü, habelə ilk “Leopard 2A8”in təhvil verilməsindən başlayaraq beş il müddətinə onlara texniki xidmətin göstərilməsini nəzərdə tutan sifarişin ümumi dəyəri 1.4 milyard avro təşkil edir.
Qeyd edək ki, bundan əvvəl Xorvatiya Müdafiə Nazirliyi “KNDS France” şirkəti ilə 328 milyon avro dəyərində 18 ədəd “Caesar MK2” özüyeriyən artilleriya qurğusunun (ÖAQ) alınması üçün də müqavilə imzalayıb. Müqavilə üzrə çatdırılmalara 2030-cu ildən başlanacaq.
Həmçinin Xorvatiya tərəfindən bu ilin sonuna qədər pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemlərinin və 420 ədəd ağır “Tatra” hərbi yük maşınının alınmasına dair də müqavilələr imzalanacaq.
Bu dörd böyük alışın ümumi dəyəri təxminən 2 milyard avrodur.