“Kremonese”nin hücumçusu Ceymi Vardi noyabr ayı üçün A seriyasının ən yaxşı oyunçusu seçilib.
Msport.az xəbər verir ki, 38 yaşlı futbolçu ötən ay üç oyun keçirib və “Yuventus”la görüşdə (1:2) 1 qol vurub.
Vardi dekabrın 1-də “Bolonya” ilə oyunda (3:1) dubl edib. Forvard bu mövsüm ümumilikdə 10 oyunda meydana çıxıb və 4 qol vurub.
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü “Kremonese”yə yayda azad agent kimi keçib.