"Liverpul"un futbolçusu Məhəmməd Salah qışda komandanı tərk edə bilər.
QOL.az "Indykaila"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının adı açıqlanmayan bir klubu misirli hücumçuya sərvət təklif edib.
Salah yeni klubunda həftədə 2.5, illik isə 120 milyon funt sterlinq qazana bilər.
Briyaniya mətbuatı isə baş məşqçi Arne Slaotla yola getməyən futbolçunun qış fasiləsində komandanı tərk etmək egtimalının çox olduğunu yazıb.
Qeyd edək ki, 33 yaşlı futbolçu 2017-ci ilin yayından "qırmızılar"da oynayır. O, bu mövsüm 19 oyunda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.