AZ

Azərbaycanın məşhur futbolçusu kömək istədi VİDEO

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın milli komandasının və “Neftçi”nin sabiq furbolçusu Kamal Quliyevin səhhətində ciddi problemlər yaranıb.

Modern.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə videomüraciət yayaraq AFFA-dan və futbol ictimaiyyətindən maddi dəstək istəyib.

K.Quliyev bir neçə gün əvvəl verdiyi müsahibədə 40 min manata ehtiyacı olduğunu və qaraciyərinin dəyişdirilə biləcəyini deyib.

K.Quliyev 1999-2005-ci illərdə Azərbaycan milli komandasında oynayıb. Hazırda 49 yaşı olan veteran futbolçu 2011-2014-cü illərdə “Neftçi”də məşqçi, 2014-2016-cı illərdə “Neftçala” komandasında baş məşqçi işləyib.

Onun hazırda işsiz olduğu bildirilir.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
2
modern.az

4Mənbələr