Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Le Monde qəzetinə açıqlamasında bildirib ki, demilitarizasiya zonası xəttin hər iki tərəfində tətbiq olunmalıdır. Onun sözlərinə görə, hansı növ silahların bölgədən çıxarılacağı, bütün silah sistemlərinin, yoxsa yalnız ağır texnikanın hüquqi və məntiqi baxımdan müəyyənləşdirilməlidir. Podolyak həmçinin etiraf edib ki, söhbət gedən ərazilərin bir hissəsi Rusiya nəzarəti altında qalacaq.
Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl bildirmişdi ki, Moskva 2022-ci ildə Ukraynaya Donbasdan qoşunlarını çıxarmağı və münaqişəyə son qoymağı təklif edib. Onun sözlərinə görə, Rusiya qüvvələrinin Kiyev ətrafından çəkilməsindən sonra Ukraynanın mövqeyi dəyişib və döyüşləri davam etdirmək qərarına gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31