Gecədə S. Bekketin "Qodonun intizarında" əsəri əsasında Məmməd Rəfiyevin quruluş verdiyi "Oyun" tamaşası təqdim olunub. Plastik və pantomim elementləri üzərində qurulan tamaşada rolları Nihad Aslanlı və Fəxri Səfərov ifa ediblər.
Məlumat üçün bildirək ki, "Eynək" İncəsənət Studiyasının direktoru və studiyanın aktyoru Fərid İsmayılovdur. Studiya 6 yaradıcı gənc tərəfindən yaradılıb. "Eynək" yalnız teatr sahəsində deyil, həmçinin kino istiqamətində də fəaliyyət göstərir və müxtəlif yaradıcı layihələr həyata keçirir.
Qeyd edək ki, studiyanın təqdim etdiyi bu iş İranın Zəncan şəhərində keçirilən Pantomima Festivalında mükafata layiq görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31