Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən "Beynəlxalq Sülh və Etimad İli – 2025" forumunda çıxışı əsnasında dilə gətirib. O vurğulayıb ki, tərəflərin hərtərəfli razılığa gəlmələri Cənubi Qafqazda sabitliyə töhfə verəcək: "Azərbaycan və Ermənistan tərəfindən birgə sülh bəyannaməsinin imzalanması tarixi əhəmiyyət daşıyır. Bu həmçinin regionda və onun hüdudlarından kənarda çoxşaxəli əməkdaşlıq istiqamətində geniş perspektivlər açacaq". Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə sülh müqaviləsi paraflanıb, eyni zamanda, sülh bəyannaməsi imzalanıb. Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.