AZ

Yandex elektromobil istehsalına başlayır

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Vedomosti" qəzetinin öz mənbələrinə istinadən yaydığı məlumata əsasən, layihə Çinin "GAC" avtomobil şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. "UMO 5" adlanan yeni elektromobil adıçəkilən brendin "Aion Y Plus" modeli əsasında hazırlanacaq.

Peterburqda robot-kuryerlər istifadəyə verilib | FOTO

"Yandex" müvafiq ticarət nişanını Rusiyanın Federal Əqli Mülkiyyət Xidmətində ("Rospatent") artıq qeydiyyatdan keçirib. Şirkət, eyni zamanda, Rusiyanın müxtəlif avtomobil zavodları ilə layihə çərçivəsində danışıqlar aparır, Çin prototipinin yerli istehsalını onlardan birinə tapşırmağı planlaşdırır. Məlumata əsasən, ölkədə elektrikli nəqliyyat vasitələri üzrə subsidiya nəzərə alınmaqla, "UMO 5"in istehsal qiyməti 2,4 milyon rublda qərarlaşacaq. Yeni elektromobilin əsasən taksi şirkətlərinə satılacağı diqqətə çatdırılır. Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
azvision.az

2Mənbələr