AZ

“Azərişıq” ASC Xocavənd rayonunun elektrik şəbəkəsini yeniləyir

Ajans.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən yenidənqurma işləri çərçivəsində Zoğalbulaq qəsəbəsində və şəhər ərazisində 35/0.4 kV-luq yeni yarımstansiyalar tikilib.  
Hadrut, Qırmızı Bazar qəsəbələri və Sos kəndinə köçürülən ailələr üçün 0.4 kV-luq elektrik şəbəkəsi yenilənib, eləcə də, 10 və 35 kV-luq hava xətlərində, mövcud transformator məntəqələrində təmir-bərpa işləri aparılıb, smart sayğaclar quraşdırılıb. 
Hazırda şəhər ərazisi ilə yanaşı Çörəkli, Güneyxırman, Qarakənd, Quzeyxırman, Xanoba kəndlərində təmir-bərpa və yenidənqurma işləri davam etdirilir. 
Qeyd edək ki, vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC ölkənin bütün regionlarında mərhələli şəkildə elektrik şəbəkəsinin yenilənməsi işlərini davam etdirir.

Seçilən
21
12
Ajans.az

10Mənbələr