AZ

Azər Ramazanov EENCE Koordinasiya Şurasının sədri oldu

Şərqi Avropa Vətəndaş Təhsili Şəbəkəsi (EENCE) özünün inkişafında yeni mərhələyə qədəm qoymuşdur. 11–12 noyabr 2015-ci il tarixlərində Berlində keçirilən Baş Assambleyada üzvlər təşkilatın idarəetmə strukturunu yeniləmək və daha səmərəli yol xəritəsi müəyyən etmək üçün mühüm qərarlar qəbul etdilər. 

QHT.az xəbər verir ki, Ümumi Məclisdə səsvermə ilə EENCE üçün yeni idarəetmə modeli təsdiqləndi. Bu yanaşma təşkilatda daha effektiv, iştirakçı və şəffaf idarəetməni gücləndirməyi hədəfləyir. 11 dekabr 2025-ci ildə Şərqi Avropa Vətəndaşlıq Təhsili Şəbəkəsinin Koordinasiya Şurasının iclasında sədrlik institutunun rotasiya prinsipi ilə həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur.

Koordinasiya Şurasının üzvü, Yaşlıların Təhsili Assosoasiyasının sədrii Azər Ramazanov 31 mart 2026-cı il tarixinə qədər Koordinasiya Şurasının sədri seçildi. Azər Ramazamov bu etimadı kollektiv məsuliyyət və şəffaf idarəetmə prinsipləri çərçivəsində doğrultmağa çalışacağını bildirdi.

Seçilən
24
qht.az

1Mənbələr