AZ

“Qalatasaray”dan Barış Alper Yılmaz və Abdülkerim Bardakcı açıqlaması

“Qalatasaray” futbolçuları Barış Alper Yılmaz və Abdülkerim Bardakcı ilə bağlı mediada yayılan iddialara cavab verib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi yayımladığı rəsmi açıqlamada sözügedən iddialarla əlaqədar İstanbul Baş Prokurorluğuna cinayət işi üzrə müraciət ediləcəyini bildirib.

Klub bəyan edib ki, futbolçuların adından istifadə olunmaqla aparılan bu cür məlumat manipulyasiyaları qəbuledilməzdir və faktların təhrif edilməsinə, oyunçuların nüfuzdan salınmasına qətiyyən icazə verilməyəcək.

“Qalatasaray” rəhbərliyi əlavə edib ki, prokurorluq tərəfindən təkzib olunmasına baxmayaraq, bu tip xəbərləri yaymağa davam edən media qurumları və şəxslərlə bağlı hüquqi mübarizə sonadək aparılacaq.

Taliska “Fənərbaxça” tarixinə düşüb

Livakoviç sabiq klubuna qayıda bilər

Berke Özerdən daha bir rekord - AVROLİQA TARİXİNDƏ İLK

İspaniyalı müdafiəçi daha 6 il “Barsa”da - RƏSMİ

Klub aşağı liqaya düşdü - Azarkeşlər stadionu yandırdı - VİDEO

Seçilən
69
apasport.az

1Mənbələr