AZ

Leyen bu liderə mesaj göndərdi Özünlə məşğul ol!

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ Prezidenti Donald Trampa müraciət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

O, ABŞ-ın Avropa demokratiyasına müdaxilə etməməli olduğunu bildirib.

“Ukraynadakı seçkilərə gəldikdə, ölkənin liderinin kim olacağına biz yox, həmin ölkənin xalqı qərar verəcək. Bu, seçicilərin suverenliyidir və qorunmalıdır”, – deyə Avropa Komissiyasının rəhbəri qeyd edib.

Ursula vurğulayıb ki, D.Tramp və digər ABŞ prezidentləri ilə həmişə yaxşı işgüzar münasibətləri olub:

“Bununla belə, Tramp Avropaya diqqət etməkdənsə, özünə fokuslansın”.

Qeyd edək ki, bundan əvvəl D.Trampın gizli planı ifşa edilmişdi. Buna əsasən, ABŞ Avropa İttifaqı (Aİ) barədə dəyişiklik etməyi düşünür.

Əliyar Xəlil

Globalinfo.az  

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
globalinfo.az

1Mənbələr