AZ

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin kollektivi Ümummilli liderin məzarını ziyarət edib

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Respublikasının görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və Xidmətin şəxsi heyəti Ulu Öndərin Fəxri xiyabandakı məzarını ziyarət edib, əziz xatirəsini dərin ehtiramla anıblar.

525.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
3
525.az

4Mənbələr