AZ

Kiyev Donbasda cəbhə xətti boyunca bufer zonasının yaradılmasına razılıq verib

Bakı, 12 dekabr, AZƏRTAC

Ukrayna hakimiyyəti Donbasda hərbsizləşdirilmiş bufer zonasının yaradılması ideyası ilə razıdır, lakin bunun üçün mövcud cəbhə xətti boyunca hərbi qüvvələr qarşılıqlı şəkildə geri çəkilməlidir.

AZƏRTAC xəbər verir ki, “Le Monde” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Donbasda cəbhə xətti boyunca bufer zonasının yaradılması təklifi Böyük Britaniya, Fransa və Almaniyanın dəstəyi ilə Kiyev tərəfindən hazırlanan və bu yaxınlarda ABŞ-a təqdim edilən 20 maddəlik sülh planının yeni versiyasında yer alır. Kiyev hesab edir ki, belə bir zonanın yaradılması üçün həm Ukrayna, həm də Rusiya qoşunları hazırkı cəbhə xəttindən geri çəkilməlidir.

Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixaylo Podolyak yeni plana əsasən sözügedən ərazilərin bəzilərinin Rusiyanın nəzarəti altında qalacağını bildirib.

Seçilən
53
2
azertag.az

3Mənbələr