AZ

Qaradağda yanğında daha bir nəfər öldü

Bakıda tüstüdən zəhərlənən şəxs ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, Qaradağ rayonunda dekabrın 5-də baş verən yanğın zamanı tüstüdən zəhərlənmiş Təbərrük İsmayılovanın dekabrın 10-da xəstəxanada öldüyü bildirilir.

Qeyd edək ki, dekabrın 5-də saat 03:20 radələrində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Qobu Park-1” yaşayış kompleksinin 4-cü binasının 7-ci mərtəbəsindəki 78-ci mənzildə yanğın baş verib.  İlkin araşdırma nəticəsində müəyyən edilib ki, yanğın Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib.  “Yanğın nəticəsində meydana gələn qatı tüstü nəticəsində binanın 9-cu mərətəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm Əşrəf oğlunun həyat yoldaşı 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə Ramiq qızı və onun övladları 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.

Seçilən
42
13
heftelik.az

10Mənbələr