AZ

Bu həftə qələbə qazanmasa, istefaya göndəriləcək

style='margin-bottom:10px;'>

Madrid “Real”ının rəhbərliyi baş məşqçi Xabi Alonsonu vəzifədən uzaqlaşdıra bilər.

QOL.az xəbərinə görə, “The Touchline” jurnalisti Xose Sançes yazıb ki, əgər “kral klubu” bazar günü keçiriləcək La Liqanın 16-cı tur matçında “Alaves”i məğlub etməsə, Alonso istefaya göndəriləcək.

Bundan əvvəl mediada ispan mütəxəssisin Çempionlar Liqasının 6-cı turunda “Mançester Siti”yə 1:2 hesablı məğlubiyyətdən sonra vəzifəsindən kənarlaşdırılacağı bildirilmişdi. Lakin matçdan sonra yayılan məlumatlarda rəhbərliyin bu addımı atmayacağı qeyd olunmuşdu.

Xabi Alonso 2025-ci ilin yayından “Real”ı çalışdırır. Komanda 16 turdan sonra 36 xal toplayaraq La Liqada ikinci pillədə qərarlaşıb. 

Seçilən
12
1
teleqraf.com

2Mənbələr