Bu gün həm sevincli, həm də qürurluyam. Çünki şanlı Ordumuzun qəhrəmanlıqla azad etdiyi torpaqlara qayıdırıq. Şəhid qanı tökülən bu torpaqlar indi bizim üçün daha əziz, daha müqəddəsdir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdərənin Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün Təhminə İsayeva deyib.
“Doğma yurda qayıtmaq sevincini bizə yaşatdığına görə Ali Baş Komandana, Ordumuza minnətdaram”, - deyə o bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramın”a əsasən bu gün Ağdərənin Həsənriz və Vəngli kəndlərinə növbəti köç karvanı yola salınıb.