AZ

Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə qaz nəqlinin həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Bakı-Tbilisi-Ərzurum CənubiQafqaz boru kəməri vasitəsilə 21,122 milyard kub-metr qaz nəqledilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 335,1milyon kub-metr və ya 1,6% çoxdur.

Ümumilikdə hesabat dövründə magistral qaz kəmərləri ilə 36,303milyard kub-metr qaz nəql edilib. Qazın nəqlinin 58,2 faiziBakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyatakeçirilib.

Seçilən
288
az.trend.az

1Mənbələr