AZ

Bu regionda məktəblər elektron jurnala keçdi RƏSMİ

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 14 təhsil müəssisəsində kağız jurnal ilə yanaşı pilot olaraq elektron jurnal tətbiq edilir.

Redaktor.az modern.az-a istinadən xəbər verir ki. bu barədə Şəki Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Regional Təhsil İdarəsindən bildirilib ki, layihənin əhatə dairəsinin yaxın müddətdə genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilindən etibarən elektron jurnalların tətbiqinə başlanılıb. Bu proses "Rəqəmsal məktəb" platforması üzərindən aparılır.

Elektron jurnalların tətbiq edilməsində əsas məqsəd qiymətləndirməni rəqəmsallaşdırmaq, valideyn-məktəb əlaqəsinin daha əlçatan olmasını təmin etməkdən ibarətdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
3
redaktor.az

10Mənbələr