“Yeni klinikada robotik cərrahiyyə xidməti fəaliyyətə başlayacaq”.
Bizim.Media xəbər verir ki, bunu Yeni Klinikanın direktoru Barat Yusubov jurnalistlərə açıqlamasında qeyd edib:
"Yaxın zamanda tibbimizə böyük yenilik gətirəcəyik. Bu yenilik cərrahiyyə xidmətiylə bağlıdır. Belə ki, təxminən 1 həftə, 10 gün sonra Yeni Klinikada həm ümumi, həm urologiya, həm də ginekologiya üzrə robotik cərrahiyyə xidməti fəaliyyətə başlayacaq".
Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta