ONN media xəbər verir ki, dekabrın 12-si səhər saatlarından başlayaraq Azərbaycan ictimaiyyətinin nümayəndələri axın-axın Fəxri xiyabana gəlir, ümummilli liderin məzarını ziyarət edir, məzarı önünə tər çiçək dəstələri qoyur, ruhuna dualar oxuyurlar.
Ziyarətdə ziyalılar, ictimai xadimlər, dövlət qulluqçuları, gənclər, Azərbaycanın müxtəlif rayon və şəhərlərindən gələn sadə vətəndaşlar iştirak edirlər.