AZ

Azərbaycanda avtomobil istehsalında tənəzzül böyüyür

2025-сi ilin yanvar-noyabr aylarında Azərbaycanda 3736 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1489 ədəd az minik avtomobili istehsal olunub (yığılıb).

Bu barədə Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2025-ci ilin yanvar-noyabr aylarında 442 ədəd traktor, 273 ədəd yük avtomobili istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 17,4 faiz, yük avtomobillərinin istehsalı isə 52,6 faiz azalıb.

2025-сi ilin yanvar-oktyabr aylarında Azərbaycanda 3280 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1153 ədəd az minik avtomobili istehsal olunmuşdu. Traktorların istehsalı 13,7 faiz, yük avtomobillərinin istehsalı isə 31,6 faiz azalmışdı. 

 

 

Seçilən
2
2
marja.az

4Mənbələr