"Unibank" biznesinə əlavə sərmayə qoymaq, yeni ilə daha güclü başlamaq istəyən sahibkarlar üçün “Payız endirimi” kampaniyasının müddətini uzadıb.
Ölkədə mikro sahibkarlığın inkişafına dəstək üçün keçirilən kampaniya ilin sonunadək davam edəcək. Sahibkarlar 50 000 AZN-dək mikro kreditlər üzrə təqdim edilən dörd fərqli güzəşt paketindən birini seçərək, bizneslərini daha sərfəli maliyyələşdirmə şansı əldə edirlər.
Kampaniya çərçivəsində mövcud endirim paketləri:
• Paket 1: Cari illik faiz dərəcəsinə 4%-dək endirim
• Paket 2: Fəaliyyət sahəsindən asılı olaraq 12 ayadək güzəşt müddəti
• Paket 3: 0% komissiya
• Paket 4: Zaminsiz kredit
Bu paketlər mikro sahibkarların mövcud istəklərini həyata keçirmək, ilin son tələbatını qarşılamaq və yeni il planlarını reallaşdırmaq üçündür. Kredit şərtləri mövsümi ehtiyacları nəzərə alaraq mikro bizneslərin fəaliyyətini dəstəkləyir.