AZ

Levandovski qərarını verdi

“Barselona”nın hücumçusu Robert Levandovski yayda klubdan ayrılmaq niyyətində deyil.

Msport.az xəbər verir ki, polşalı futbolçunun müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.

37 yaşlı forvard çıxışını Kataloniya klubunda davam etdirmək qərarını verib. Levandovski komandada qalmaq üçün qətiyyətlidir və hətta maaşının azaldılmasına belə, razıdır. O, bu mövsüm Hans-Diter Flikin rəhbərliyi altında bütün turnirlərdə 17 matça çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə verib.

Levandovski 2026-cı ilin avqustunda 38 yaşını qeyd edəcək.

Seçilən
4
msport.az

1Mənbələr