AZ

Ağ Evin gizli planı üzə çıxdı: Avropa İttifaqını parçalayır

Ağ Evin yeni administrasiyası Avropa Birliyindəki siyasi tarazlığa əsaslı təsir göstərəcək hərtərəfli strategiya hazırlayır. 

Ölkə.az  xəbər verir ki, bu barədə ABŞ-da yerləşən müdafiə nəşri "Defense One"yə sızdırılmış məxfi sənəddə qeyd olunub.

Hesabatda iddia edilir ki, ictimaiyyətə açıqlanan 33 səhifəlik strategiya sənədinə əlavə olaraq, daha əhatəli bir layihə bağlı qapılar arxasında müzakirə olunur. 

Nəşrin yazdığına görə, hazırlanan hesabata əsasən, Tramp administrasiyası "Avropanı yenidən böyüdün" adlı plan çərçivəsində Avstriya, İtaliya, Macarıstan, Polşanı AB-dən uzaqlaşdırmağı və ABŞ-a yaxınlaşdırmağı hədəfləyir.

Ağ Ev bu məlumatları qəti şəkildə təkzib edib. Ağ Evin mətbuat katibinin müavini Anna Kelli sənədin mövcudluğunu təkzib edərək deyib ki, Prezident Tramp şəffafdır və milli təhlükəsizlik strategiyasını şəxsən imzalayıb. “Alternativ sənəd” iddiası tamamilə yalandır”.

Buna baxmayaraq bu iddialar Avropada diplomatik böhrana səbəb olub. Avropa Şurasının prezidenti António Kosta Vaşinqtona reaksiya verərək dedi: "ABŞ Avropa vətəndaşları adından hansı tərəflərin haqlı, hansılarının isə haqsız olduğuna qərar verə bilməz".

Almaniya kansleri Fridrix Merz məsələ ilə bağlı bildirib ki, Avropanın təhlükəsizlik siyasətində ABŞ-dan daha az asılı olmalıdır.

Polşanın Baş naziri Donald Tusk birbaşa Vaşinqtona müraciət edərək deyib: “Avropa sizin düşməniniz deyil, ən yaxın müttəfiqinizdir. Biz bunu 80 ildir bilirik. Bu xətti qorumaq ümumi təhlükəsizliyimiz üçün vacibdir”.

ABŞ-ın ötən həftə dərc olunmuş Milli Təhlükəsizlik Strategiyasında Avropanın "sivilizasiya aşınması" təhlükəsi ilə üzləşdiyi bildirilir. Vaşinqtonun mətndə AB-nin immiqrasiya siyasətinə və milli suverenliyin zəifləməsinə vurğu etməsi Avropa paytaxtlarında narahatlığa səbəb olub.

ABŞ prezidenti AB-nin immiqrasiya siyasətini "fəlakət" adlandırdı və bəzi Avropa ölkələrinin "çökməyə doğru getdiyini" iddia edib.

Amerikalı milyarder İlon Mask bu günlərdə sosial media hesabında bildirib ki, Avropa Birliyi ləğv edilməlidir. "Avropa İttifaqı komissarları Avropanın məhvinə görə məsuliyyət daşıyırlar".

Mürtəza

Seçilən
26
2
olke.az

3Mənbələr